Xalqımız Ali Baş Komandana hər zaman güvəndi, inandı, hər zaman onun ətrafında sıx birləşdi. Bütün xalq cənab Prezidentə sığındı, onun düzgün müəyyən olunmuş xarici siyasi kursuna və Qarabağ məsələsində sərgilədiyi qətiyyətli mövqeyinə inandı, onu dəstəklədi. Hər zaman olduğu kimi Azərbaycan lideri xalqının ümidlərini doğrultdu, doğrultmaqda da davam edir.
Cənab Prezident ədalətə söykənən haqlı mövqeyimizi bütün yüksək kürsülərdən beynəlxalq aləmə eşitdirdi. Erməni provokasiyasına yol vermədi, gecə-gündüz əzmlə çalışaraq, haqlı mövqeyimizi dəstəkləyən ölkələrin və təşkilatların sayını artırdı, beynəlxalq aləmi tutarlı faktlarla, diplomatik incəliklə məlumatlandırdı, əksər çoxluqda obyektiv mövqe formalaşdırdı. Budur - bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, canı-qanı bahasına düşməni torpaqlarımızdan qovur. Bu şərəfli missiya tarixdə öz yerini tapır.
Xalqımız zəfər tarixi yazan, bizə qələbə sevincini yaşadan müzəffər ordumuzu qürur mənbəyi hesab edir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmi və iradəsi sayəsində bu yoldakı böyük sədlər dəf edildi, böyük qələbəyə olan inamımız isə hər zaman olduğundan daha yenilməz oldu.
Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz xalqımızın və dövlətimizin yeni şanlı tarixini tarixini yazır. Ali Baş Komandan-xalq-ordu birliyinin vəhdəti bu gün tarixi ədaləti bərpa edir.
Qələbən mübarək, Vətən! Qələbəmiz mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır