Qələbəmiz mübarək, AZƏRBAYCAN!

 

 Qələbəmiz mübarək, AZƏRBAYCAN!
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həcər Nəsirova
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları 
general-mayoru  Həzi Aslanovun ev muzeyinin 
baş fond mühafizi (fond müdiri), "Müstəqil Azərbaycan-100”,
"Zirvədəki Azərbaycanlılar”, "Fəxri Fərman”, "Azərbaycan Qadını”,
"Vətənpərvər Xanım” media mükafatları laureatı
 

 

 Son 17 ildə ölkəmizdə ordu quruculuğu istiqamətində böyük addımlar atılıb. Bu gün beynəlxalq ekspertlər də bildirirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya da bunu görür. Belə ki, sentyabrın 27-dən bu günə kimi cəbhədə baş verən hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Ordumuz əks-hücum əməliyyatı keçirərək işğal altında olan rayonlarımızı işğalçılardan azad etdi. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir.

Qələbəmiz mübarək, AZƏRBAYCAN!
Qələbəmiz mübarək, AZƏRBAYCAN!

Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də obyektiv mövqedən çıxış edərək Azərbaycanın ötən dövrdə ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər. Ordumuz düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi.

Qələbəmiz mübarək, AZƏRBAYCAN!

Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordunun formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Hərbi hissələrimizdə son bir neçə ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı. Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Bugünkü haqq savaşımızdakı uğurumuz Azərbaycanda xalq-ordu birliyinin də sarsılmaz olduğunu təsdiqlədi.

Azərbaycanın siyasət meydanında tam haqlı və əsaslı olaraq siyasətçilər tərəfindən irəli sürülən bir fikir var: 1918-ci ildən bu günə kimi torpağımızı işğaldan azad edən tək siyasi lider Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə nəinki torpaqlarımızı geri qaytarır, həmçinin xalqımızın sarsılan, zədələnən qürurunu bərpa edir, Azərbaycan xalqına yaraşan imici dünyaya göstərir. Beynəlxalq aləm güclü xalq, güclü dövlət görür. Bütün bunlar illərin uzaqgörən siyasətinin nəticəsidir.

Qələbəmiz mübarək, AZƏRBAYCAN!





[email protected]