Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi

Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi 

Niyaməddin Məmmədov 

Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,

"İlin fəal bələdiyyə sədri”, "Vətənpərvər bələdiyyə sədri”

media mükafatları laureatı

Noyabrın 10-u Azərbaycan tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi yazıldı. Qəhrəman Azərbaycan xalqı və yenilməz ordumuz bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, zəfər qazandı. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi sözləri bu gün xalqımız bir daha qürurla yada salır: "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Bu gün - 2020-ci il noyabr ayının 10-da Azərbaycan xalqı bu tarixi fikrin reallaşmasının bir daha şahidi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin yeni zəfər səhifəsini yazdı. Bu qələbəmizin qazanılmasında görülən işləri tarixçilər hələ çox tədqiq edəcəklər. Lakin bunu bu gün tam əminliklə deyə bilərik ki, məhz Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində qələbəmizi rəsmiləşdirən bu bəyanatın imzalanması mümkün oldu. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə istiqamətdə yorulmadan mübarizə apardı. Orduya rəhbərliyi, siyasi və diplomatik fəaliyyəti və informasiya cəbhəsində gördüyü işlər bugünkü Qələbəmizin reallaşması yolunda həlledici amillərdən oldu və Ali Baş Komandanın bu misilsiz xidmətləri öz bəhrəsini vermiş oldu. Ona görə də bu qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi uğurudur.

Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi

"İki gün öncə Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu Şuşanın işğaldan azad olunması torpaqlarımız uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edirdi. Şuşa şəhərinin azad olunması sevincini yaşayan xalqımız bu gün artıq tam qələbəmizi bayram edir. Bu haqq savaşında bütün xalqın bir yumruq kimi öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi və həmrəyliyi sayəsində, ordumuzun əzmi, qəhrəmanlığı ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi. Əminəm ki, bu haqq yolunda apardığımız mübarizədə qazanılan zəfər şəhidlərimizin ruhunu şad edəcək, onların valideynlərinə və yaxınlarına təsəlli olacaq, xalqımızın uzun illər ərzində sızlayan Qarabağ yaralarına məlhəm olacaq. Hər dəfə bayramlarımızı Qarabağda qeyd etməyimizi, müqəddəs Azərbaycan Bayrağının işğaldan azad olunan ərazilərimizdə dalğalanmasını arzu kimi ifadə edirdik. Artıq bu, reallıqdır. Bizim leksikonumuzdan məcburi köçkün ifadəsi birdəfəlik silinəcək və vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi

Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ən böyük mənəvi gücə çevrildi

bütün bu uğurlara xalq-iqtidar birliyi, dövlətimizin başçısının siyasi və hərbi bacarığı, ölkəmizin iqtisadi gücü, respublikamızda hökm sürən daxili sabitlik və ən başlıcası isə xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamı və məhəbbəti nəticəsində nail olundu. Hələ bundan sonra Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bizi qarşıda yeni-yeni uğurlar və zəfərlər gözləyir. Azərbaycan xalqını, xaricdə yaşayan soydaşlarımızı və bütün türk dünyasını bu möhtəşəm qələbə münasibətilə bir daha təbrik edirəm! Yaşasın Azərbaycan xalqı! Yaşasın qəhrəman ordumuz! Yaşasın Müzəffər Ali Baş Komandan!





[email protected]