Hazırda həmsədr ölkələrin dəyişdirilməsi ilə bağlı məsələ nəzərdə tutulmayıb. Həmsədrlərlə əməkdaşlığı davam etdiririk.
Bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib:
"Fransa prezidenti birtərəfli qaydada Ermənistanı dəstəkləmişdi və biz bununla bağlı mövqeyimizi bildirdik. Rusiyanın mövqeyinə gəlincə isə Rusiya neytral mövqeyini qoruyub saxladı, hər hansı bir ölkəyə açıq dəstək vermədi".