“Biz Azərbaycanı dəstəkləyirik” - Visente Qomes

Azərbaycan Premyer Liqasında V turun "Sabah” – "Keşlə” oyunundan (0:2) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırıb.

“Biz Azərbaycanı dəstəkləyirik” - Visente Qomes

"İctimaifikir.az” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar matçın taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı.

- "Sabah” 5 oyuna da fərqli heyətlə çıxıb. Bu, nə ilə bağlıdı?

- Həftəiçi məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdı.

- Cəbhədə baş verənlərlə bağlı mövqeyiniz nədi?

- Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir - Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur.




[email protected]