SON XƏBƏRLƏR
“Raketlər Vardenis, Gorus və Berddən atılır”

Hazırda Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisinin yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlı brifinq keçirir.

“Raketlər Vardenis, Gorus və Berddən atılır”

XİN-in Mətbuat katibi Leyla Abdullayeva, Baş Prokurorluğun Mətbuat katibi Günay Səlimzadə və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış ediblər.

L.Abdullayeva bildirib ki, son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq məqsədli şəkildə Azərbaycanın mülki əhalisini atəşə tutur: "Sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 mülki şəxs xəsarət alıb, 300 mülki infrastruktur dağıdılıb. Ermənistan silahlı qüvvələri Naftalan, Bərdə, Tərtər, Şəmkir, Ağdam, Füzuli və digər şəhərləri artilleriya və raket atəşinə tutulub. Bundan sonra Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni, xüsusi strateji infrastrukturun yerləşdiyi Mingəçevir, Abşeron və Xızı rayonları raket atəşinə məruz qalıb. Bu raket atəşləri Ermənistana məxsus Vardenis, Gorus, Berd və digər ərazilərində atılır”.




[email protected]