Atam həmişə deyərdi: "Babam Mirzə Ağəli Əliyev Lənkəranda böyük adam olub”. Atamın mənə danışdığı və mətbuat səhifələrində də dərc olunan ("Yaddaş” qəzeti. 05.09.2009 və s.) kiçik bir xatirəni sizə nəql edirəm:
"Bir gün Ağəli müəllim dərs deyərkən qapı döyülür. Şəhər qubernatoru müəllimdən içəri girməyə icazə istəyir. Ağəli müəllim onu sinfə buraxır. Qubernator bildirir ki, oğlum axşam məndən soruşdu: - Ata, sən böyüksən, yoxsa səndən böyük də var? Mən ona cavab verdim ki, məndən böyük var və sabah göstərərəm. Oğluma özümdən böyük insanı göstərmək üçün buraya gəldim. Əgər siz icazə verməsəydiniz mən sinfə girməzdim. Çünki, siz hamımızın böyüyü, müəllimi və ağsaqqalısınız”.
Nahidə Aslanqızı
ictimaifikir.az saytının rəhbəri
[email protected]