Karantini pozan Voloçkova cərimələndi

Moskva Şəhər Məhkəməsi karantin vaxtı Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət edən Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkovaya 60 min rubl məbləğində iki cərimənin təyin edilməsini qanuni hesab edib.

Karantini pozan Voloçkova cərimələndi

Bu barədə "TASS” xəbər verib.

Qeyd edək ki, iyulun 22-də Moskvanın Tver Rayon Məhkəməsi Nijeqorod vilayətində Serafimov-Diveyevsk monastırını ziyarət edən Voloçkovaya fövqəladə vəziyyətin yaranması təhlükəsi zamanı qaydaların pozulmasına görə 20 min rubl məbləğində cərimə təyin etmişdi. Avqustun 3-də də məhkəmə balerinaya təkrar addımına görə növbəti dəfə cərimə təyin etmişdi - bu dəfə 40 min rubl. 




[email protected]