Ermənistanda içkidən kütləvi zəhərlənmə - 10 ölü

Ermənistanda son iki gündə 10 nəfər spirtli içkidən zəhərlənərək ölüb. 

Ermənistanda içkidən kütləvi zəhərlənmə - 10 ölü

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Armavir və İrəvan şəhərlərində alkoqoldan zəhərlənənlərin müalicə üçün ölkənin müxtəlif tibb mərkəzlərinə yerləşdirildiyini bildirib.

Daha iki nəfərin vəziyyəti kritik, bir nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Zəhərlənməyə fabrik istehsalı olmayan saxta spirtli içkinin səbəb olduğu ehtimal olunur.




[email protected]