Misir hərbçiləri Sinay yarımadasında iki terrorçunu məhv edib.

Bu barədə ölkənin Hərbi Qüvvələrinin rəsmi nümayəndəsi Tamir ər-Rifai məlumat yayıb.
Ordu nümayəndəsinin sözlərinə görə, radikallar Qəza sektoru ilə sərhəddə, terrorçuların gizli tunelinin aşkarlanmasından sonra zərərsizləşdiriliblər.