Məşhur futbolçu mövsümün əvvəlini buraxacaq

Fernando Lyorente İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün əvvəlini buraxacaq.

Məşhur futbolçu mövsümün əvvəlini buraxacaq

"Swansea City"nin hücumçsu istirahət vaxtı velosipeddən yıxılaraq ayağını qırıb. O, avqustun 12-də "Southampton", 19-da isə "Manchester United"ə qarşı oyunlarda komandasına kömək edə bilməyəcək. "Swansea"nin baş məşqçisi Pol Klementin sözlərinə görə ispan hücumçu 10 gündən sonra məşqlərə başlayacaq.

 

"Biz tələsmək istəmirik. Əks halda, 6 həftəlik zədə 6 aylıq zədəyə çevrilə bilər" - Klement deyib.




[email protected]