"Manchester City"nin futbolçusu Keleçi İhenaço "Leicester City" klubuna transferin astanasındadır.
Transfer 25 milyon funta başa gələcək. Nigeriyalı forvard artıq Lesterdədir. İhenaçonun "City" ilə cari müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub. Amma baş məşqçi Xosep Qvardiola ona Mançester klubunda gələcəyi olmadığını bildirmişdi. Gənc hücumçu 2014-cü ildən "şəhərlilər"in heyətindədir. Bu müddətdə 64 oyuna çıxan futbolçu 12 qol vurub.