ABŞ-ın vitse-prezidenti: "Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları imzalayıb"

"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına dair qanun imzalayıb, onların ləğv edilməsi üçün Moskvanın öz öhdəliklərini yerinə yetirməsi tələb olunacaq."

Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.


"Prezident Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi üzrə sənədi imzalayıb. Biz onların ləğv edilməsini istəyirik, amma bu, yalnız Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə baş verə bilər. Amma Rusiyanın son diplomatik addımları, təəssüf ki, bunun tam əksini göstərirr", - vitse-prezident Tbilisidə jurnalistlərə deyib.




[email protected]