Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün püşkatma vaxtı müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün püşkatma vaxtı açıqlanıb. 

Bu barədə   Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.


Onun sözlərinə görə, tədbir avqustun 2-də saat 12:00-da başlayacaq. Mərasimə PFL prezidenti və klub nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, növbəti mövsüm yenə 8 komandanın iştirakı ilə 4 dövrəlik sistemlə keçiriləcək.




[email protected]