“Snayper həddi” müsabiqəsində Azərbaycan snyaperləri ustalıqlarını nümayiş etdirəcəklər

"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.


Azərbaycan Müdafiə Nazirliyindən  verilən məlumata görə, yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.

Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək davam edəcək.




[email protected]