Azərbaycanda 5 nəfərin güllələnərək öldürüldüyü hadisənin SƏBƏBİ - YENİLƏNİB - VİDEO - FOTO

10:55

Bu gecə Hacıqabul rayonunda 5 nəfərin güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, Bayram İbrahimov küçəsində Məhəmməd Qəmbərovun evinə gələrək 4 nəfəri gülləyərək öldürən Mübariz Mehdiyevin psixi problemlərinin olduğu bildirilir.

Azərbaycanda 5 nəfərin güllələnərək öldürüldüyü hadisənin SƏBƏBİ - YENİLƏNİB - VİDEO - FOTO

Məlumata görə, M.Mehdiyev Qəmbərovlar ailəsinin başçısı olan Məhəmməd Qəmbərovla Rusiyaya işləməyə gedib. Lakin orada bu şəxslər arasındakı münasibətlər pozulub və M.Qəmbərov vaxtaşırı həmyerlisini döyürmüş. Xeyli vaxt keçəndən sonra Hacıqabula qayıdan tanışların münasibəti qaydasına düşməyib və Məhəmmədin onun haqqında nalayiq söhbətlər etdiyini eşidən Mübariz tüfənglə onun evinə gələrək güllələmək istəyib.

Bildirilir ki, Məhəmməd Qəmbərov dərhal evi tərk edərək uzaqlaşıb. Məhəmmədin arxasıyca atəş açan və onu yaralayan M.Mehdiyev daha sonra onun ailə üzvlərini qətlə yetirib.

M.Mehdiyevin daha sonra özünü güllələməsi, yaxud polis tərəfindən zərərsizləşdirilməsi isə hələlik tam dəqiqləşməyib.

Hacıqabul Şəhər İcra Nümayəndəliyindən azvision.az-a bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış:

"O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskvada yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər. 

Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman qonuşlar polisə xəbər veriblər.

Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5 nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur. Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub", - İcra Nümayəndəliyindən bildiriblər.




[email protected]