SON XƏBƏRLƏR
“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək

Avqustun 28-də, saat 11:00-da "Neftçala Taxıl” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ictimaifikir.az  xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Neftçala şəhərində - Neftaçala-Salyan şosesinin 6-cı kilometrində olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin icra rəhbərinin növbədənkənar yenidən seçilməsi, Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Neftçala Taxıl” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 325712 manatdır. 




[email protected]