Türkiyə parlamentində deputatların sayı artırılacaq

 Türkiyə konstitusiyasına edilən əlavə və dəyişikliyə əsasən, millət vəkillərinin sayı 550-dən 600-ə çatdırılacaq.

Bu haqda Ali Seçim Quruluşundan bildirilib.

İnformasiyaya əsasən, Türkiyə Böyük Millət Məclisində əyalətləri təmsil edəcək deputatların sayında da dəyişikliklər olacaq.

Məlumata görə, Ankara əyalətindən olan millət vəkillərinin sayı 32-dən 36-ya, İstanbuldan olan deputatların sayı isə 88-dən 97-yə çatdırılacaq.

Qeyd edək ki, 2017-ci il aprelin 16-da Türkiyədə konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçirilib. Konstitusiya islahatına əsasən, ölkə parlamentli idarəetmə sistemindən prezident üsul-idarəsinə keçib. 




[email protected]