Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

Azərbaycanda yaxın zamanlarda Kosta-Rika səfirliyi açılacaq.

Səfirliyin açılması avqustun ortalarında gözlənilir.

Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.




[email protected]