Yığmamız Andorraya uduzdu

16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsinin IV turunun oyunları keçirilib.

Yığmamız Andorraya uduzdu

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, Andorrada keçirilən yarışın B qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti oyununa çıxıb.

Elşən Yusubovun yetirmələri meydan sahibləri ilə görüşüb. Gərgin keçən matçda andorralılar qalib gəlib - 67:66. Millimizin heyətində Papuna Kirtadze hamıdan çox 28 xal toplayıb.

 

İlk turda Monakonu 74:63, ardınca isə Albaniyanı 78:66, ardınca San-Marinonu 90:62 hesabı ilə yenən yığmamız hələlik B qrupunun lideridi. Lakin bir oyun az keçirən andorralılar yığmamızın istirahət etdiyi bugünkü turda 1-ci pilləni ələ keçirə bilər.




[email protected]