"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

Ötən mövsüm başa çatan kimi "Zirə"dən ayrılan Akim Latifunun yeni klubu müəyyənləşib.

"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

İctimaifikir.az  apasport.az-a istinadən xəbər verir ki, nigeriyalı müdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

Belə ki, 27 yaşlı futbolçu bu ölkənin "Honved" klubu ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Məlumatı macarlar rəsmi sayt vasitəsilə açıqlayıblar.

Latifu "Zirə"yə bu ilin əvvəlində "Alanyaspor"dan keçmişdi.

 

Qeyd edək ki, müdafiənin mərkəzində və sağ cinahında oynamağı bacaran futbolçu Nigeriya yığmasında 2 oyun keçirib.




[email protected]