Çin Superliqasıın 13 klubu futbolçularına məvacib və mükafat borcludur.
İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, klublar bu ödənişləri avqustun 15-ə kimi həyata keçirməlidir. Əks halda, onlar yeni mövsüm çempionatda iştirak etməyəcək. Bu klublar sırasında dünya futbol ulduzlarının çıxış etdiyi "Shanghai Shenhua", "Guangzhou Evergrande" və "Shanghai SIPG" kimi kollektivlər də var.