SON XƏBƏRLƏR
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortasının satın alınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 21-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 6-na qədər DİM-in Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Akif Bayramovdur. Telefon: (012) 502 47 53/56/58, daxili 139. Faks: (012) 465 87 96, 502 47 22. E-poçt:a.bayramov@dim.gov.az

Təkliflərə sentyabrın 7-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 




ictimaifikir.az@mail.ru