Türkiyə sahillərində zəlzələ olub
Egey dənizi Gökova Körfəzi sahillərində 4,0 bal gücündə zəlzələ baş verib.

APA-nın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 00:48-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, iyulun 20-də Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
[email protected]