Samuxda RƏZALƏT: qaynanası ilə əri gəlini döyüb, saçını qırxdılar

Samux rayonunda qaynanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

İctimaifikir.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib. 

Samuxda RƏZALƏT: qaynanası ilə əri gəlini döyüb, saçını qırxdılar

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qaynanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.




[email protected]