SON XƏBƏRLƏR
Bakıda maşrut avtobusu qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB - FOTO

NZS qəsəbəsində qəza törədən marşrut avtobusunun sürücüsünün kimliyi bəlli olub.

İctimaifikir.az "Report"a istinadən bildirir ki, o, 39 yaşlı Kərimov Ziyafət Müşviq oğludur.
Qəza nəticəsində onun döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

00:44

 

Bakıda marşrut avtobusu qəza törədib.
İctimaifikir.az  "Report"a istinadən bildirir ki, hadisə NZS qəsəbəsində baş verib.
10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.
Avtobusun sürücüsü ağır xəsarət alıb.




[email protected]