Tramp onu düşüncəsiz adlandıran şəxsə vəzifə verdi - TVİTLƏRİNİ SİLİR

Ağ Evin kommunikasiyalar departamentinin yeni rəhbəri Entoni Skaramuççi etiraf edib ki, Donald Trampı tənqid edən və Hillari Klintonu vəsf edən köhnə tvitlərini silir.

 

İctimaifikir.az-ın xəbərinə görə, bu barədə Skaramuççi özünün "Tvitter" səhifəsində məlumat verib.


Tramp onu düşüncəsiz adlandıran şəxsə vəzifə verdi - TVİTLƏRİNİ SİLİR

 

"Tam şəffaflıq: mən köhnə tvitlərimi silirəm. Mənim keçmiş baxışlarım sizin diqqətinizi yayındırmamalıdır. Mən ABŞ prezidentinin gündəminə uyğun işləyirəm və bu, hər şeydən vacibdir" - deyə o qeyd edib.

 

Skaramuççi 2012-ci ildə Donald Trampı "ağıllı, amma düşüncəsiz", Hillari Klintonu isə "ağlasığmaz dərəcədə kompetent" adlandırıb.

 

O, iyulun 21-də keçirdiyi brifinqdə qeyd edib ki, Tramp keçmiş tənqidi tvitlərini hər 15 dəqiqədən bir onun yadına salır: "Cənab prezident, əgər siz bunu eşidirsinizsə, mən 50-ci dəfə üzr istəyirəm".

 

Xatırladaq ki, ABŞ Prezident Administrasiyasının mətbuat katibi Şon Spayser istefa verib. Onun yerinə Sara Xakabi Sanders təyin olunub.




[email protected]