"Home Alone" ("Evdə tək") filminin məşhur aktyoru Con Herd vəfat edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmdə Kevinin atasını canlandıran 72 yaşlı aktyor Kaliforniya ştatına aid olan Pal-Alto şəhərindəki xəstəxanada dünyasını dəyişib. Bu yaxınlarda onurğa əməliyyatı keçirən Con bir müddət idi ki, həkimlərin müayinəsində idi.