SON XƏBƏRLƏR
Gəncə şəhər sakini özünü yandırıb

Gəncədə yerli sakin özünü küçədə yandırıb.

 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin 20 Yanvar abidəsinin önündə baş verib. Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.




[email protected]