SON XƏBƏRLƏR
Hacıqabulda 10 otaqlı ev yanıb

Hacıqabul şəhərində yanğın hadisəsi qeydə alınıb.

 

İctimaifikir.az-ın  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində dam örtüyünün, 3 otağın yanar konstruksiyaları və ev əşyaları 110 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.  




[email protected]