SON XƏBƏRLƏR
Gəncədə avtomobil qadını vurub öldürüb, azyaşlı övladını isə yaralayıb

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

İctimaifikir.az-ın APA-ya istinadən veridyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. "Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, "Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.




[email protected]