SON XƏBƏRLƏR
Mərdəkanda sürücü piyadanı vuraraq qaçmaq istəyərkən saxlanılıb

Bakının Xəzər rayonunda piyada vurulma hadisəsi qeydə alınıb.

 

İctimaifikir.az "Report"a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində dənizkənarı yolda 1968-ci il təvəllüdlü Babaxanova Sevinc Fazil qızını minik avtomobili vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan qadın yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən sürücü saxlanılıb. Araşdırma aparılır.




[email protected]