Gürcüstan rəsmisi: “BTQ layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria deyib.

 Gürcüstan rəsmisi: “BTQ layihəsində daha çox ölkələrin iştirak edəcəyinə əminəm”

O, layihənin tezliklə istifadəyə veriləcəyinə ümidvar olduğunu qeyd edib.

 

"Layihə bizim iqtisadi, mədəni və siyasi inkişafımıza töhfə verəcək”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Qarsda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş keçirilib. Görüşdə iştirak etmiş "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edib: "Bakı-Tbilisi-Qarsdəmir yolu Gürcüstanın nəqliyyat potensialının inkişafı üçün geniş imkanlar yaradır. Bu layihə Mərkəzi Asiya ölkələrini region ölkələri və bizim regionu Avropa bazarları ilə birləşdirəcək”.  




[email protected]