SON XƏBƏRLƏR
Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu

Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. "Qafqazinfo" Lent.az-s istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib. 

Naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İctimaifikir.az xəbər verir ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub.

O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.

Bakıda Olimpiya çempionu maşınla bir ailəni vurdu


[email protected]