SON XƏBƏRLƏR
Sumqayıt bulvarında faciə: Ölən var

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, Sumqayıtdakı yeni bulvarın ərazisində "Mercedes" markalı, 90 ZU 772 dövlət qeydiyyat nişanlı avtomobil 65 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Sumqayıt bulvarında faciə: Ölən var


[email protected]