SON XƏBƏRLƏR
Qayınata və qayınana hamilə gəlini döydü - Bakıda

Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb.

İctimaifikir.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Qayınata və qayınana hamilə gəlini döydü - Bakıda

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




[email protected]