"DİM-in adı ilə saxta səhifələr yaradılıb"

Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlərlə bağlı açıqlama verib.

Mərkəzdən   verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər "İnstagram" şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir:

"DİM-in adı ilə saxta səhifələr yaradılıb"

"Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in "İnstagram" sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz"




[email protected]