"Manchester United" və Bolqarıstan millisinin sabiq hücumçusu Dimitar Berbatov karyerasını Hindistanda davam etdirə bilər.
İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı forvarda "Delhi Dynamos" və "Atletico de Kolkata" klubları maraq göstərir. Berbatovun maraqlarını müdafiə edən futbol agentliyi də sözügedən klublardan maraq olduğunu təsdiqləyib. Bolqar oyunçunun son klubu PAOK olub. 2015/16 mövsümü başa çatandan sonra bu klubu tərk edən Berbatov fevralda karyerasını başa vurmaq istəmədiyini açıqlamışdı.