Venqer Ferqyussonu geridə qoydu

Arsen Venqer İngiltərə Premyer Liqasının tarixində bir komandanın baş məşqçisi postunda ən uzun müddət işləyən mütəxəsisdir.

İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı iyulun 17-də London klubunun sükanı arxasında 7583-cü gününü keçirib. Fransalı məşqçi, bununla da "Manchester United"in canlı əfsanəsi Ser Aleks Ferqyussonu (7582 gün) geridə qoyub. Şotland mütəxəssis 27 il "manikunianlar"ın baş məşqçisi olsa da, hesablama İngiltərə çempionatı Premyer Liqa adlanan dövrdən - 1992/93 mövsümündən aparılıb. Venqer 1996-cı ildən "topçular"a rəhbərlik edir. 22 il müddətində kluba 16 titul qazandırıb. Mayda təcrübəli məşqçi "Arsenal"la müqaviləsini 2019-cu ilə kimi uzatmışdı. 

Venqer Ferqyussonu geridə qoydu


[email protected]