"Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventura komandasının transfer bazarında fəallığına münasibət bildirib.
İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, italiyalı futbolçu həmyerlisi Bonuççinin heyətə cəlb olunmasını xüsusi qeyd edib.
"Belə yay heç vaxt görməmişəm. Elə oyunçuları almışıq ki, mövsümün əvvəlində ağlımıza da gəlməzdi. Leonardo Bonuççi əsl çempion, İtaliya millisinin üzvüdür. Onun transferi fantastikadır. Bunun baş verəcəyini düşünməzdim. Leo komandanın liderlərindən biri olacaq. Bonuççinin kapitanlıq sarğısını daşıması məşqçinin işidir. Amma hər futbolçu müəyyən qədər kapitanlıq edə bilməlidir".