"Milan" "təmizləmə işləri" də aparır

"Transfer bazarı"nın ən fəal komandası olan "Milan" heyətində "təmizləmə işləri" də aparır.

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, "rossonerlər" Canluka Lapadula ilə yollarını ayırıblar.

"Milan" "təmizləmə işləri" də aparır

Ötən il "Peskara"dan transfer edilən 27 yaşlı hücumçu "Cenoa" klubuna bir illik icarəyə verilib. "Cenoa" gələn yay forvardı 11 milyon avroya transfer etmək hüququna malik olacaq. Keçid baş tutarsa, Lapadula genuyalılarla 2022-ci ilə qədər müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Canluka Lapadula ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 8 qola imza atıblar.




[email protected]