SON XƏBƏRLƏR
Üç uşaq atası su anbarında boğularaq ölüb

Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.

İctimaifikir.az report.az-a istinadən bildirir ki, Bərdə rayonunun Güloğlular kənd sakini 33 yaşlı Qulu Məmmədov anbarda çimərkən batıb.

Üç uşaq atası su anbarında boğularaq ölüb

Hadisə axşam saatlarında baş verib. O, Bərdədən dostları ilə birlikdə Mingəçevirə çimməyə gəlib. Lakin burada suyun dərin hissəsində çimərkən qəfil yoxa çıxıb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış işləri davam etdirilir.

 

Q.Məmmədov 3 uşaq atasıdır.




[email protected]