Bakı sakini intihar edib.
İctimaifikir.az lent.az-a istinadən bildirir ki, dünən saat 22 radələrində Xətai rayonu ərazisindəki Keşlə qəbiristanlığının işçiləri şam ağacından asılı vəziyyətdə qalmış meyit tapıblar. Araşdırmalar zamanı məlum olub ki, özünü asaraq öldürən şəxs 1986-cı il təvəllüdlü Əliyev Emin Xasay oğludur.
Bildirilir ki, E.Əliyevin atası 2012-ci ildə vəfat edib və həmin qəbiristanlıqda dəfn edilib. Bundan sonra həyat yoldaşından boşanan Emin anası ilə birgə yaşayırmış. İşsiz olan 31 yaşlı kişi son vaxtlar tez-tez həyatdan bezdiyini deyirmiş.
Araşdırmalar davam etdirilir.