Tuba Büyüküstün sevgilisinə belə dəstək olur

Aktrisa Tuba Büyüküstün həbsdəki sevgilisi Umut Evirgeni bir an olsun belə tək qoymur. 
Tuba Büyüküstün sevgilisinə belə dəstək olur
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə klubu sahibi olan Umut Tuba ilə şəklini çəkən jurnalistin fotoaparatını silahla hədələyərək əlindən almışdı. Nəticədə müxbir Evirgendən şikayətçi olmuş və o, tutularaq həbsə salınmışdı.
 
İş adamının iyulun 17-də hakim qarşısına çıxacağı gözlənilir. Bu müddətdə isə Büyüküstün sevgilisinə dəstək olub. O, Umutun vəkilləri ilə tez-tez görüşərək məlumatlar alır, ona ismarışlar yollayır.
 
Bundan başqa, Tuba sosial şəbəkədə Umutun bir fotosunu bəyənib. Bu münasibətə qarşı çıxan fanatlarının sərt reaksiyasından sonra isə aktrisa bəyənməni silib.


[email protected]