Xəbər verdiyimiz kimi, müğənni Tarkan Harbiyedə ardıcıl yeddi konsert verib. Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, ifaçı konsertlərinə 42 min izləyici yığa bilib.
Bundan başqa, sənətçinin konsertini internetdən canlı olaraq 1 milyon 200 min insan da izləyib.
Məlumata əsasən, Tarkan 7 konsertindən ümumi 500 milyon lirə qazanıb. Onun sentyabrda da buna bənzər proqramla çıxış etməsi gözələnilir.
Qeyd edək ki, meqastarın konserti iyulun 2-dən 8-ə kimi davam edib.