SON XƏBƏRLƏR
Şəmkirdə 12 otaqlı ev yanıb

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

İctimaifikir.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərdə vətəndaşa məxsus hər mərtəbəsi 600 m2 olan ikimərtəbəli 12 otaqlı evinin 1-ci mərtəbəsinə yığılmış 18 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və ev yanğından mühafizə olunub.

 Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 




[email protected]