Daşkəsəndə bıçaqlanma olub.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1995-cı il təvəllüdlü Abbasova Günel Həsən qızı qarının sağ nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyata götürülən qadının vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, qadın ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Ərlə arvadın boşanma ərəfəsində, işlərinin məhkəmədə olduğu bildirilir.
Faktla bağlı hüququ-mühafizə orqanları tərəfindən araşdırma aparılır.