Avstriya Bakıda azad ticarət zonasına böyük maraq göstərir

"Avstriya şirkətləri Bakının Ələt qəsəbəsində yaradılan azad ticarət zonasına böyük maraq göstərirlər".

İctimaifikir.az bildirir ki, bunu Trend-ə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov deyib.

Avstriya Bakıda azad ticarət zonasına böyük maraq göstərir

Diplomat bildirib ki, avstriyalı biznesmenlərin hazırda Azərbaycanda daha çox sərmayə yatırmaq istədikləri sahələr nəqliyyat sektoru, xüsusən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Səfirin sözlərinə görə, Avstriya şirkətləri eləcə də turizm sahəsində əməkdaşlıqda maraqlıdırlar.

Q.İsrafilov deyib: "Avstriyanın biznes-dairələrinin nümayəndələri eləcə də Azərbaycanda aqrar sektora da sərmayə yatırmaq istərdilər".

Azərbaycan sərmayələrinin Avstriyaya yatırlmasından danışan səfir bu sərmayələrin əsasən turizm sektoruna yatırldığını qeyd edib.

Azərbaycan Dövlər Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycan və Avstriya arasında mal dövriyyəsi 2017-ci ildə 59,9 milyon dollar təşkil edib.




[email protected]