Yenicə ailə quran aktyor Burak Özçivit və Fahriye Evcen haqqında müzakirələr bitmək bilmir.
İctimaifikir.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial media izləyiciləri bu dəfə də Fahriyenin ayaqqabılarını müzakirə ediblər.
Belə ki, bal ayında çəkilmiş fotosunu paylaşan Fahriyenin şəklinin altına "Ayaqqabıların ayağına böyükdür. Gələn il də geyinəcəksən?” kimi şərhlər yazılıb.
Xatırladaq ki, bundan əvvəl Evcenin toy paltarı gündəm olmuşdu. İzləyicilər onun paltarının həmkarı Neslihan Atagülün paltarı ilə bənzər olduğunu vurğulamışdılar.
Qeyd edək ki, iyunun 29-da evlənən Burak və Fahriye bal ayından gəldikdən sonra bir-birilərindən uzaq düşüblər.
Özçivit xanımını evdə qoyaraq "Kardeşim benim 2" filminin çəkilişləri üçün Çanakkalenin Assos şəhərinə gedib.