Ələt-Astara yolunda ağır qəza: 3 ölü, 4 yaralı - FOTO - YENİLƏNİB

Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərdən 2-sinin şəxsiyyəti müəyyənləşib.

İctimaifikir.az "Report"a istinadən bildirir ki, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Ələt-Astara yolunda ağır qəza: 3 ölü, 4 yaralı - FOTO - YENİLƏNİB


05:01

Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn "Mercedes" markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.
Mikroavtobusun sürücüsü Elturan Fərəcov "Report"a bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub:
"Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır".
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.




[email protected]